Diş klinikaları üçün

Qəbuldan kassaya qədər, hamısı bir yerdə.

Dentora diş klinikaları üçün paneldir: təqvim, pasiyent kartı, diş xəritəsi, kassa, laboratoriya və hesabatlar. Azərbaycan, rus və ingilis dilində, klinikanızın öz serverində və ya buludda.

  • Pasiyent limiti yoxdur
  • Quraşdırmanı biz edirik
  • Məlumat sizdə qalır

Salam, mən Dentiyəm!Paneli göstərim?

Necə işləyir

Bir pasiyentin klinikadakı yolu

Zəngdən hesabata qədər hər addım paneldə qeyd olunur və hamı eyni məlumatı görür.

  1. 1

    Zəng

    Resepsiya qəbulu təqvimə yazır, boş vaxt dərhal görünür.

  2. 2

    Qəbul

    Qəbul lövhəsi hər dəqiqə yenilənir: kim gəlib, kim gözləyir.

  3. 3

    Müalicə

    Həkim işi diş xəritəsində qeyd edir: plomb, kanal, parodontal ölçülər.

  4. 4

    Kassa

    Ödəniş qəbul olunur, qalan borc pasiyent kartında görünür.

  5. 5

    Laboratoriya

    Sifariş laboratoriyaya gedir, tarixi izlənir.

  6. 6

    Hesabat

    Ay sonunda gəlir, xərc və hər həkimin payı hazırdır.

Panel

Paneli görün

Üç ekran, nümunə məlumatla. Demoda isə sizin klinikanın işi ilə göstəririk.

TəqvimBu gün18 qəbul3 həkim
Dr. Aysel Dr. Elçin Dr. Rauf 09:00 10:00 11:00 12:00
Leyla M.Plomb · 26
Səbinə Q.Müayinə
Nicat H.Plomb · 36
Murad Ə.Kanal · 46
Aynur B.Təmizləmə
Orxan T.İmplant · 14
Kamal R.Protez

gəlditəsdiqlənibgözlənilirNümunə məlumat

İmkanlar

Klinikanın gündəlik işi üçün hər şey

  • Təqvim və qəbul

    Həkimlər üzrə gün, zənglər və qəbul lövhəsi.

  • Pasiyent kartı

    Tarixçə, fayllar, rentgen şəkilləri və sənədlər bir kartda.

  • Diş xəritəsi

    Real diş şəkilləri, parodontal xəritə və kanal kartı.

  • Kassa və borclar

    Ödənişlər, kassa və borclar hər gün aydın.

  • Həkimin payı

    Görülən işdən faiz özü hesablanır.

  • Laboratoriya və materiallar

    Sifarişlər, tarixlər və anbar.

  • Hesabatlar və jurnal

    Gəlir, xərc, həkimlərin işi və kim nə edib.

  • Xatırlatmalar tezliklə

    Pasiyentə WhatsApp və SMS ilə.

Niyə Dentora

Klinikanın məlumatı onun özünündür

Ona görə paneli belə qurmuşuq.

  • Pasiyent limiti yoxdur

    Paket yalnız həkim sayına görədir. Pasiyentiniz nə qədər çox olsa da, qiymət dəyişmir.

  • Məlumat sizdə qalır

    Panel klinikanızın öz serverində işləyə bilər. İstəsəniz, buludda.

  • Girov yoxdur

    Abunə bitəndə panel bağlanmır, yalnız baxış rejiminə keçir.

  • İnternet gedəndə də işləyir

    Klinikanın içində panel açılır, hər gecə ehtiyat nüsxə çıxır.

Pasiyentləriniz üçün tətbiq tezliklə

Klinikanız qoşulanda pasiyentləriniz müalicəsini, qəbulunu və xatırlatmaları telefonda görəcək.

Qiymətlər

Qiymət həkim sayına görədir

Bütün paketlərdə pasiyent limiti yoxdur. İllik ödənişdə 2 ay pulsuzdur.

Şəbəkə11 və daha çox həkim, filiallar
AZN/ay-dan · fərdi təklif
Bizimlə danışın

Hamısına daxildir

  • Pasiyent limiti yoxdur
  • Azərbaycan, rus və ingilis dili
  • Hər gecə ehtiyat nüsxə
  • Rollar və icazələr
  • Yeniləmələr
  • Yerli dəstək

Əlavələr: bulud + AZN/ay · əlavə həkim + AZN/ay · quraşdırma və təlim bir dəfə: klinikada AZN, buludda AZN.

İlk 10 klinikaya

24 ay 30% endirim, pulsuz quraşdırma və köçürmə.

Yer tut

Sual-cavab

Tez-tez soruşulanlar

Panel harada işləyir?

İki yol var: klinikanızdakı kiçik serverdə və ya bizim buludda. Klinikadakı digər kompüterlər, planşet və telefon paneli brauzerlə açır.

İnternet kəsiləndə nə olur?

Panel klinikanın serverindədirsə, içəridə işləməyə davam edir. Hər gecə avtomatik ehtiyat nüsxə çıxır.

Abunə bitəndə məlumatım nə olur?

Heç nə itmir. Panel yalnız baxış rejiminə keçir, ödəniş olanda yenə tam işləyir.

Köhnə proqramdan məlumatları köçürmək olar?

Bəli. Demoda məlumatlarınızın formatına baxırıq, köçürməni biz edirik.

Ödəniş necə olur?

Hesab-faktura verilir, ödəniş bank köçürməsi ilə olur. İllik ödənişdə 2 ay pulsuzdur.

Sualınız var? Demoda soruşun.

Pulsuz demo istəyin

Zəng edək və paneli sizin klinikanın işi ilə göstərək. Demo 30 dəqiqə çəkir.